"Naxçıvan" basketbol komandasının baş məşqçisi açıqlanıb.
Prosport.Az xəbər verir ki, Belarusdan olan Georgi Kondruseviçlə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Mütəxəssis son olaraq ölkəmizdə "Lənkəran" komandasında işləyib. O, 2014-2021-ci illərdə isə ölkəsinin U-20 komandasının baş məşqçisi olub.
