Çinin Şanxay şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsinə start verilib.
Prosport.Az xəbər verir ki, həlledici mərhələdə ölkəmizi təmsil edən "Neftçi SOCAR" klubu ilk qrup oyununda Fransa millisinə 17:15 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, təmsilçimiz qrupda 2-ci matçını Niderland millisinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:50-də baş tutacaq.
