3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası sentyabrın 5-dən 6-dək Çinin Şanxay şəhərində keçiriləcək Dünya Qadın Seriyasının mövsüm finalında iştirak edəcək.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.
Komandanın qrup mərhələsində oyunlarının təqvimi belədir:
5 sentyabr
12:45 "Neftçi SOCAR" – Fransa
14:50 "Neftçi SOCAR" – Niderland
16:55 "Neftçi SOCAR" – Almaniya
Qeyd edək ki, Azərbaycan yığması ötən il Şanxayda keçirilən mövsüm finalını 2-ci pillədə başa vurub.
