3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü 2-ci pillədə başa vurub.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" 672 xalla ümumi sıralamada 2-ci olub.
Xatırladaq ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.
