16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi FIBA U-16 Avropa çempionatının B divizionunda 5-7-ci yerlər uğrunda oyuna çıxıb.
Prosport.Az xəbər verir ki, yığmamız təsnifat mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb.
Görüş komandamızın 78:65 hesablı qələbəsi ilə yekunlaşıb.
