“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ-dən olan Frenki Fidleri transfer edib. 23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fidler 2025-ci ildə peşəkar basketbola keçib. O, Avropadakı ilk mövsümünü Latviyanın “Rīqas Zelli” klubunda keçirib.
