“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Bakı təmsilçisi Mindauqas Suşinskası transfer edib. Litvalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mindauqas Suşinskas karyerası ərzində ölkəsinin "Dzukiya”, "Prenay", Almaniyanın “Xemnits" və son olaraq İspaniyanın "Jirona" komandalarının formasını geyinib. 2,04 metr boya malik basketbolçu Almaniyada FIBA Avropa Kuboku təcrübəsi qazanıb və həmin turnirdə orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 asist ilə çıxış edib. Daha sonra İspaniyanın ACB liqasında 3 mövsüm keçirərək Avropa basketbolunun ən yüksək səviyyələrindən birində özünü sınayıb.
