“Sabah” basketbol klubu Nik Perkinsi heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan basketbolçu ilə 2 illik müqavilə imzalanıb.
203 sm boya malik Nik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında çıxış edib.
Perkins fiziki gücü, səbətaltı mübarizədə effektivliyi və hücum potensialı ilə seçilir.
