Bu gün Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Opatiya şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, yığmamız B qrupunun II turunda Ukrayna millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Polşa yığmasına 60:70 hesabı ilə məğlub olub.

