Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində təşkil olunan Avropa Universitet Oyunlarında növbəti matçını keçirib.
Prosport.Az xəbər verir ki, kollektiv 1/4 final mərhələsində Portuqaliya təmsilçisini 3:1 hesabı ilə məğlub edərək yarışın yarımfinalına vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.

