Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Bakıdakı yarışda biabırçılıq: Orta asiyalı qonaqlar idmançılarımızı rüsvay etdi
    22.08.2023 10:46:47

    Qazaxıstanın "Octagon League" təşkilatının Bakıda keçirdiyi "Octagon 48" yarışında Azərbaycan MMA idman növü adına biabırçı nəticələr qeydə alınıb.

    Prosport.Az-ın xəbərinə görə, avqustun 18-də Bakı İdman Sarayında keçirilən, "İdman TV", Rusiyanın "Boks TV" və Orta Asiya telekanalları ilə göstərilən yarışda Azərbaycan idmançıları fiasko nəticə ilə yadda qalıblar.

    Belə ki, əsas kardda (main card) çıxış edən 7 idmançımızdan yalnız Röyal Leylizadə qalib gəlməyi bacarıb. Digər 6 azərbaycanlı döyüşçü Bakıda Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyə idmançılarına uduzub. 

    Bu barədə mma.az səhifəsinin yazdığı materialı təqdim edirik:

    "Millət, ümid edirdik ki, beynəlxalq promouşn gəlib, gənclərimizə idman bayramı yaşadacaq. Amma təəssüf ki, izləyicilər qanıqara evə döndülər. Əsas kardın 7 döyüşündən idmançılarımız 6 məğlubiyyət və yalnız 1 qalibiyyət əldə etdilər. "Prelim"lərdə isə 2 qalibiyyət, 2 məğlubiyyət.

    Düzdür, döyüşçü udar da, uduzar da. Amma sən təkcə özünü yox, Vətənini təmsil edirsən. Başqa millətlər sənə baxıb, millətin haqda da elə düşünəcək. Ən azından bir dirəniş göstərib, axıra kimi mübarizə etməlisən. 7 məğlubiyyətdən 5-i vaxtından əvvəl qeydə alınıb.

    Ürək məsələsini qoyaq bir yana. Veteranları nəzərə almasaq, bəzi yeni gördüyümüz döyüşçülərimiz qeyri-peşəkarlıqları ilə yadda qaldı. Döyüşçülərimiz sanki bir MMA matçına yox, rayon toylarında dava eləməyə çıxıblar. 1 raundda bütün güclərini qoyurlar, sonra ya raundun sonu, ya da bir sonrakı raundda rəqibləri onları birmənalı şəkildə döyüb, döyüşü sonlandırırlar.

    Və elə təssürat yarandı ki, bizim döyüşçülər ilk dəfə oktaqon qəfəsi görüblər. Qəfəsə söykənəndə teykdaundan (yerə yıxma) necə müdafiə olunmaq lazım olduğunu eşitməyiblər.

    Əslində maçmeykerlərə bizim döyüşçülərə verdikləri güclü rəqiblərindən həmişə narazılığımı bildirmişəm. Bu dəfə "Sherdog"a əsasən, rəqiblər elə də güclü deyildi. Rekordları bizimkilərdən betər idi. Bu o deməkdir ki, ölkədə MMA-in vəziyyəti acınacaqlıdır.

    Və bu kimi idmançıları beynəlxalq arenalara çıxarıb, adımızı batırmağa dəyməz. 7 yox, 3 nəfər çıxsın və keyfiyyətli döyüş göstərsin. Heyf ki, ölkədə işini yaxşı bilən məşqçilər çox azdır".

    View this post on Instagram

    A post shared by Octagon League (@octagonleague)

    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Taekvondo

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved