Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi debüt etdiyi Avropa çempionatının B divizionunda ilk qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız Albaniyanı 88:60 hesabı ilə məğlub edib.
U-20 millisi qrupda son oyununu bu gün Bakı vaxtı ilə saat 18:45-də keçirəcək. Bu dəfə rəqib Yunanıstan millisi olacaq.

