"Sabah" basketbolçusu Klavs Kavarsla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, latviyalı oyunçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Klavs Kavars ötən mövsüm "Sabah"ın heyətində Azərbaycan Basketbol Liqasının qalibi olub.
30 yaşlı basketbolçu Latviya millisinin də üzvüdür.

