Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda yarımfinala adlayıb.
Prosport.Az xəbər verir ki, ilk oyunda Hindistan təmsilçisi Vidit Qucrati ilə heç-heçə oynayan Azərbaycan şahmatçısı Nicat bu gün 2-ci partiyada inamlı qələbə qazanıb. 28 yaşlı qrossmeyster cavab oyununda asiyalı rəqibini mat etməklə yarımfinala vəsiqə qazanıb.
Bununla da Nicat Abbasov Dünya Kubokunda yarımfinala vəsiqə qazanan 2-ci azərbaycanlı şahmatçı olub. Buna qədər 2019-cu ildə şahmatçımız Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal avqustun 19-da başlayacaq. Nicat Abasovun yarımfinalda rəqibi Domaracu Qukeşə (Hindistan) qalib gələn dünya çempionu Maqnus Karlsen (Norveç) olacaq.
