“İmişli”də növbəti kadr təyinatları rəsmiləşib.
Prosport.Az xəbər verir ki, Rövşən Babayev klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub.
O, klubun uşaq və yeniyetmə futbolunun inkişafı, istedadların aşkarlanması, akademiya sisteminin təkmilləşdirilməsi və gənc futbolçuların əsas komandaya inteqrasiyası istiqamətində fəaliyyət göstərəcək.
Bundan başqa, Vüqar Əsgərli "İmişli"nin U-19, Ruhid Usubov isə əvəzedici komandasının baş məşqçisi təyin olunub.
Qeyd edək ki, təyinatlarla bağlı xəbəri ilk olaraq Prosport.Az saytı yazmışdı.

