"Sabah" basketbol klubu Ceyms İdslə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan basketbolçu ötən ilin yanvarından Bakı klubunun formasını geyinirdi.
Qeyd edək ki, daha əvvəl Keyt Cordan Cunior "Sabah"ı tərk edərək Fransanın "Burq" klubuna keçmişdi.
