Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunun play-in mərhələsində Litva ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, qızlarımız əlavə vaxta gedən oyunda Litva millisinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz yarımfinala gedən yolda rəqib Almaniya seçməsi olacaq. Oyun iyunun 6-da Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

