Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.
Komandamız günün 2-ci görüşündə Niderlandla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 19:13.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti matçlarını iyunun 3-də Çexiya və Polşa kollektivlərinə qarşı keçirəcək.
10:32
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün ilk matçlarını keçirəcək.
Prosport.Az xəbər verir ki, A qrupunda mübarizə aparan komanda əvvəlcə Madaqaskar millisi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə 19:05-də start götürəcək.
Yığma növbəti görüşünü Niderlanda qarşı keçirəcək. Bu matç isə 22:20-də başlayacaq.
Qeyd edək ki, Dünya Kuboku iyunun 7-də yekunlaşacaq.

