Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda daha 3 şahmatçımız mübarizəni dayandırıb.
Prosport.Az xəbər verir ki, 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Rey Robsonla (ABŞ), Qədir Hüseynov isə Lenyer Dominqeslə (ABŞ) duellərdən qalib ayrıla bilməyib.
Dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında 6 saatdan artıq davam edən görüşdə çinli şahmatçı qələbə qazanıb. Bununla da bütün qadın şahmatçılarımız Dünya Kuboku ilə vidalaşıb.
Azərbaycan şahmatçılarından Teymur Rəcəbov Xayme Santosla (İspaniya), Nicat Abbasov Aniş Qiri (Niderland) və Rauf Məmmədov rusiyalı Yan Nepomnyaşşi (FIDE) bu gün tay-brekdə qarşılaşır.
