Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Düşünürük ki, "Qarabağ" turnirimiz üçün əsl dəyər idi" - Niderlanddakı turnirin rəhbəri
    19.05.2026 14:43:59

    "Qarabağ"ı "FK Robinstayn" Xeyriyyə Turnirində görməkdən çox məmnun olduq”. 

    Bunu Prosport.Az-ın Niderlanda ezam olunmuş əməkdaşına müsahibəsində Dörne kəndində keçirilən Charity Cup (Xeyriyyə Kuboku) turnirinin rəhbəri Peter fan Busl (Peter van Bussel) deyib.

    O, turnirdə 9-cu yer tutan “Qarabağ”ın 16 yaşadək komandası (U-16) haqqında bu sözləri bildirib: “Niderlandlılar üçün "Qarabağ" bəlkə də hələlik kifayət qədər tanınmayan bir klubdur. Amma düşünürük ki, onlar turnirimiz üçün əsl dəyər idilər. Təkcə ona görə yox ki, onlar artıq Çempionlar Liqasında "Ayaks"a qarşı oynamış Azərbaycanın ən böyük klubudur, həm də ona görə ki, "Qarabağ"ın səfəri "FK Robinstayn"ın missiyası ilə uyğun gəlir: uşaqlara ömürlük unudulmaz futbol təcrübəsi verirlər. "Qarabağ" oyunçuları üçün bu turnir unikal bir təcrübə idi, çünki onlar Niderland və Belçika klublarına qarşı oynaya bildilər, Almaniya (Dortmund “Borusiya”sı) və Fransanın (“Lill”) klublarını bu turnirdə gördülər”.

    O daha sonra 4-cü dəfə keçirilən turnirdə missiyalarından və “Qarabağ”la birgə əməkdaşlıqdan danışıb: “Bu mövsüm "FK Robinstayn" 200-dən çox uşağın futbol arzusunu gerçəkləşdirib: Niderlandda, eləcə də "Real" (Madrid), "Mançester Siti" və digər klublarda. Uşaqlar öz futbol qəhrəmanları ilə görüşüb və stadionda onların canlı oyunlarını izləyiblər. Bu onlar üçün çox şey ifadə edir və xəstəlik, əlillik, itki, travma və ya hər hansı digər səbəbdən həyatlarının çətin anlarında onlara çox sevinc, güc və ümid verir.

    Xeyriyyə Fondu olaraq bizim üçün “Qarabağ”la əlaqə sadəcə turnirdə iştirakdan daha çox şey ifadə edir. Biz həqiqətən də klubla əlaqə qurmaq və gələcək üçün sıx birlik yaratmaq istəyirik. Nə vaxtsa “Qarabağ"la və ya Qarabağda bu idman növü üçün xüsusi bir an yaşamağa layiq olan uşaqlarla futbol arzusunu gerçəkləşdirə bilsək, çox yaxşı olardı. Ona görə də bir-birimizlə əlaqə saxlayaq və uşaqların həyatına futbol sehri qataq..."

    Səbuhi Musa
    Niderland

    Akademiya

    U-20 yığmamız 2-ci oyunda İraqı üstələdi

    20.11.2026 18:02:08
    Futbol

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10
    Akademiya

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55
    Futbol

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52
    Akademiya

    Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

    17.11.2026 15:52:25
    Akademiya

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved