Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirini 3 mükafatla başa vurublar.
Prosport.Az xəbər verir ki, yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Yalnız həlledici oyunda məğlubiyyətlə üzləşən milli komandan üzvü 2-ci yerlə kifayətlənib.
Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançılar arasında 3-cü yeri tutmuşdu.

