"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda turnirin gələcək qalibi ABŞ yığmasına uduzub.
Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
12:56
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada təşkil olunan Dünya Seriyasında yarımfinala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Monqolustan millisini mübarizədən kənarlaşdırıb. Görüş komandamızın 21:11 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) cütünün qalibi ilə qarşılaşacaq.

