Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya Kubokundakı rəqibləri bəlli olub.
Prosport.Az xəbər verir ki, yığmamız A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kuboku iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.

