Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "AzerGold"un sədri və oğlu bu federasiyada yüksək vəzifəyə seçilib – FOTO
    11.04.2026 09:38:52

    Məlum olduğu kimi, Azərbaycan Qolf Federasiyasına yenidən iş adamı Rauf Xəlilov prezident seçilib.

    "ISR Holding"in təsisçisi İsgəndər Xəlilovun oğlu, həmin holdinqin baş icraçı direktoru, Britaniyanın "Costa Coffee" şəbəkəsini Azərbaycana gətirən, eyni zamanda "Sabah" Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Rauf Xəlilov yenidən 4 il müddətinə prezident vəzifəsini davam etdirəcək.

    Zakir İbrahimov və Anar Əzimov federasiyanın vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər.

    Bunlardan Anar Əzimov əvvəl də vitse-prezident işləyib. Kamran Qasımov isə əvvəl də İdarə Heyətinin üzvü olub.

    Bəs digər şəxslər kimlərdir? Prosport.Az bunu araşdırıb.

    Yeni vitse-prezident Zakir İbrahimov 26 may 2016-cı ildən "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədridir. O daha əvvəl federasiyada İdarə Heyətinin üzvü olub.

    İdarə Heyətinin yeni üzvü Zaur İbrahimov isə Zakir İbrahimovun oğludur. O, "Alltegrity Group"da baş icraçı direktor Rüfət Cabarovun müavinidir. 

    İdarə Heyətinin digər yeni üzvü də İbrahimov soyadındadır. Onlar arasında nə qədər qohumluq əlaqəsi olduğunu bilmirik. Ancaq Kamal İbrahimov 2021-ci ildən "Baku Steel Company" QSC-nin Baş direktoru, 2016-cı ildən "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" ASC-nin Direktorlar Şurasının sədri, iqtisad elmləri namizədidir.

    Qeyd edək ki, daha əvvəlki – 2022-ci ilin fevralın 10-da keçirilmiş seçkidə seçilmiş Tural Vəlizadə (baş məşqçi), Nigar Süleymanova (əvvəlki prezident Anar Məmmədovun vaxtında baş katib olub) və İlqar Rüstəmov daha federasiyanın İdarə Heyətində yer almır. Onları məhz Zaur İbrahimov və Kamal İbrahimov əvəzləyib. Federasiyanın baş katibi isə Arif Novruzovdur. O bu postda ötən ilin mayınadək işləmiş Leyla Abbasovanı əvəzləyib. L.Abbasova isə “Sea Breeze Resort”da işləməyə başlayıb və fevralda Baş Biznes İnkişafı Direktoru vəzifəsinə yüksəlib.

    Digər idman növləri

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16
    Digər idman növləri

    Ciddi zədədən sonra yarışa qatılıb 1-ci olan idmançı: "Heç bir qurum mənə maddi dəstək olmadı"

    28.10.2026 09:24:27
    Digər idman növləri

    Özbəkistanın idman naziri Respublika Velotrekində olub

    26.10.2026 20:13:01
    Digər idman növləri

    Azərbaycanda bu federasiyanın yeni baş katibi təsdiqləndi

    26.10.2026 14:20:41
    Stolüstü oyunlar

    Azərbaycan komandasının 2 üzvü Avropa Kubokunda medal qazandı

    24.10.2026 15:14:37
    Digər idman növləri

    Şəhriyar Məmmədyarovun komandası Avropa Kubokunun qalibi oldu

    23.10.2026 23:43:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23

    "Qarabağ" - "Dinamo": Azərbaycan çempionu ilk dueli uduzdu

    28.10.2026 17:24:10

    "Səbail"in prezidenti təhqirə görə ağır cəza aldı

    28.10.2026 16:59:11

    "Neftçi"nin legionerinə 2 oyunluq cəza, "Qarabağ"a 6 min cərimə

    28.10.2026 16:51:29

    "Məqsədimiz “Sportinq”i keçməkdir" – Füzuli Musayev

    28.10.2026 16:33:51

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16

    Azərbaycan klubu "Sportinq"lə oyunlar üçün 8 legioner sifariş verib – ADLAR

    28.10.2026 16:06:29

    Azərbaycan Kuboku: Daha 3 komanda növbəti mərhələdə

    28.10.2026 16:00:57

    Azərbaycan Premyer Liqasında çempionluq şansları: Favorit kimdir?

    28.10.2026 15:15:57

    "Puxaç məhz Bakıda özünü yenidən tapdı" - Polşa mətbuatı

    28.10.2026 14:44:27

    "Neftçi"nin müdafiəçisi Portuqaliya klubunun hədəfində

    28.10.2026 14:13:54

    Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıb

    28.10.2026 13:49:47

    İspaniya Superkubokunun oyunları Azərbaycanda keçirilə bilər

    28.10.2026 13:13:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved