"Neftçi"nin müdafiəçisi Mustafa Sek karyerasını yenidən Portuqaliyada davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, sol cinah müdafiəçisini “Farense” heyətinə qatmaqda israrlıdır.
Portuqallar Seki mövsümün sonunda heyətə qatmağı planlaşdırır. "Farense" hazırda I Lliqada 3-cü pillədədir və Superliqaya yüksəlməyə əsas namizədlərdəndir.
30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, “Latsio”, “Roma”, “Karpi”, “Empoli”, “Novara”, “Almere Siti”, “Livorno”, “Leyşoeş” və "Portimonense” klublarında oynayıb.
