"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm".
Prosport.Az xəbər verir ki, bu sözləri "Şəki"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində səfərdə "Quba"ya 101:89 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Türkiyəli mütəxəssis təmkinli danışıb: "Amma hələ sevinmək tezdir. Bunun Şəkidə cavab oyunu da var. Cavab matçında da qələbə qazanaraq məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

