Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşmalar aprelin 3-10-u aralığında keçiriləcək.
Reqlamentə əsasən, 2 qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.
İlk oyun günündə – aprelin 3-də 2 qarşılaşma baş tutacaq. Saat 15:00-da "Quba" ilə "Şəki" üz-üzə gələcək. Günün digər matçında, saat 19:00-da isə "Naxçıvan" "Sərhədçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti gün, saat 14:00-da "Gəncə" "Lənkəran"la qarşılaşacaq. Günün son oyununda, saat 16:00-da NTD "Sumqayıt"ı qəbul edəcək.
Cavab oyunları aprelin 6-7-nə təsadüf edəcək. Aprelin 6-da, saat 14:00-da "Şəki" – "Quba", 20:00-da isə "Sərhədçi" – "Naxçıvan" qarşılaşmaları keçiriləcək.
Aprelin 7-də daha 2 oyun baş tutacaq. Saat 15:00-da "Lənkəran" "Gəncə"ni sınağa çəkəcək. Günün son matçında, saat 19:00-da "Sumqayıt" NTD ilə üz-üzə gələcək.
Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

