Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, B qrupunda yer alan komandaların duelində "Ordu" "Lənkəran"a qalib gəlib - 107:65. Matç "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Günün ilk görüşündə "Quba" komandası Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.
Bu gün həmçinin "Sərhədçi" – "Sumqayıt" görüşü baş tutacaq.

