Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Rəqib 51 dəfə 3 xallıq atış yoxladı" - Naxçıvan klubunun baş məşqçisi
    28.03.2026 18:25:15

    "Naxçıvan" Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda səfərdə "Quba"nı 103:96 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

    Şəhriyar Əsgərov ("Quba"): "Biz bilirdik ki, "Naxçıvan"a qarşı oyun çətin olacaq. Çünki onlar güclü komandadır. Balanslaşdırılmış heyətə malikdir. Onları təbrik edirəm. Pley-off mərhələsinə 2-ci pillədən qatılacaqlar. Yəqin ki, "8-liy"ə qalacaqlar. Bizim də məqsədimiz qalib gələrək, pley-off mərhələsində yenidən onlarla oynamaq idi. Amma bu oyunu basketbolçuların səhvi nəticəsində sonda uduzduq. Texniki səhvləri nəzərdə tuturam. Foul etməyə gecikdilər. Rəqib də 3 xallıq atış etdi. Biz isə texniki foul zamanı lazım olan xalı ata bilmədik. Matç da overtayma getdi. Orada isə oyunçuları dəyişə bilmədik. 3 oyunçumuz 40 dəqiqə meydanda oldu. Bu da özü böyük faktordur. Kris Klark 5 foulla meydanı vaxtından əvvəl tərk etdi ki, bu da təsir etdi. Bütün bu məsələləri göz önünə gətirəndə, demək olar ki, bu gün bizim günümüz deyildi. Kris Kuns texniki fouldan sonra cərimə atışını dəqiq yerinə yetirsəydi, yəqin ki, oyunu udacaqdıq, matç bu vəziyyətə gəlməyəcəkdi. Yorğunluq da öz sözünü dedi. Basketbolçularıma təşəkkür edirəm. Əllərindən gələni etdilər. Rəqibimiz güclü idi. Pley-in mərhələsində yolumuza davam edirik. Yəqin ki, rəqibimiz A qrupundan "Şəki" komandası olacaq. Onlara qarşı da bu cür mübarizə aparıb qalib gəlməyə çalışacağıq ki, "8-liy"ə qalaq. Basketbolçularıma təşəkkür edirəm və yolumuza davam edirik".

    Nikola Bozinoski ("Naxçıvan"): "Oyuna yaxşı başlasaq da, daha sonra səbət altında adi səhvlərə yol verdik. Çox sayda sərbəst atışlardan yararlana bilmədik. Rəqib 51 dəfə 3 xallıq atış yoxladı. Bunların hamısı bizə çətin vəziyyət yaratdı. “Quba” 18 xallıq fərq yaxalasa da, komandamız xarakter göstərərək geridönüşə imza atdı. Dondre Reddiki xüsusi vurğulamaq istəyirəm. Son saniyə atışı ilə oyunu uzatmaya daşıdı. Əlavə vaxtda isə Hüseyn Əliyev yaxşı oyun nümayiş etdirdi. Komandama təşəkkür edirəm".

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved