Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanın bu il üçün idman səfirləri seçildi – ADLAR
    17.03.2026 16:08:42

    Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

    İclasda Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərində cüdo idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin təsdiqi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Nazirliyin Kollegiya qərarı ilə Asxab Kalayevə və Rauf Nəbiyevə (hər ikisi ağırlıqqaldırma), İslam Nəcəfquliyevə (cüdo) "Ölkə dərəcəli hakim" dərəcəsi verilib. Həşim Məhəmmədov (taekvondo), İmaməddin Xəlilov və Sabir Zeynalova (hər ikisi parataekvondo) “Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.

    Respublika federasiyaları tərəfindən Təhlükəsiz Mühitin Təminatı və Şəxsiyyətin Qorunması üzrə Qaydaların hazırlanmasına dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülən tələblər müzakirə edilib. Eyni zamanda, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament yeni redaktədə təsdiq edilib.

    Tədbirdə 2026-cı il üçün “İdman səfirləri” və 2027-ci il üçün “İdman Paytaxtı” seçimi ilə əlaqədar namizədlərin təqdimatları dinlənilib, səsvermə keçirilib. Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün “İdman səfiri” seçiliblər. Yevlax şəhəri isə 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib.

    Stolüstü oyunlar

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Döyüş növləri

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    Digər idman növləri

    Azərbaycanı Karakasdakı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    17.11.2026 14:15:40
    Stolüstü oyunlar

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32
    Digər idman növləri

    "Qızıl medalı təmin etsəm də, seriyanı qırmaq istəmədim" - Avropa çempionu

    14.11.2026 13:17:47
    Digər idman növləri

    Yığmamız vətənə 3 medalla qayıtdı - FOTOLAR

    14.11.2026 12:16:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved