Azərbaycan Basketbol Liqasında XIX turun daha 2 oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Gəncə" "Sabah"ı qəbul edib. Gəncə İdman Sarayında reallaşan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 87:73.
Günün ikinci görüşündə isə "Abşeron Layns" "Neftçi" ilə üz-üzə gəlib və rəqibini 107:87 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.

