Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Onun gedişi ilə kifayət qədər pul vəsaiti qabağa düşdük" – "Neftçi"nin prezidenti
    28.07.2023 18:09:47

    "Neftçi"nin yeni prezidenti Fərrux Mahmudov Heydər ƏIiyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni diqqətinizə çatdırırıq:

    – UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Bosniya və Herseqovinanın "Jelezniçar" komandası ilə 2:2 oynadınız. Nəticə sizi qane etdi?
    – Hər idman növündə olduğu kimi, biz Bosniya və Herseqovinaya qələbə üçün getmişdik. Futbolçular ruhdan düşmədilər, sona kimi vuruşdular və son dəqiqədə qolu vurdular. Bu məni qane etdi. "Neftçi"də komanda ruhu qayıdır. İnanıram ki, hər şey yerinə düşəcək.

    – Oyundan öncə Sarayevodakı stadionda komanda ilə görüşdünüz. Futbolçulara nə dediniz?
    – Dediyim əsas məsələ o idi ki, mənim qapılarım hər zaman onların üzünə açıqdır. Həmişə mənə zəng edə, qapımı döyə bilərlər. Mən onları qəbul edəcəyəm. Eyni şeyləri mediaya da deyirəm. Siz məni çoxdandır ki, tanıyırsınız. 1 addım qabağıma gəlsəniz, mən də 2 addım qabağınıza tərəf gələcəyəm. 

    – Əvvəlki "Neftçi" ilə indiki "Neftçi" arasında hansı fərqlər var?
    – Müşahidələrimə əsasən deyə bilərəm ki, əvvəlki "Neftçi" bu təzyiqə dözməzdi. Təzyiq çox böyük idi. 13 min nəfərlik stadion dolmuşdu. Hakim belə, o təzyiqə dözmədi. Amma maşallah, futbolçular sona qədər bu təzyiqə tab gətirdilər.

    – Hesab 1:2 olanda oyun ortada gedirdi. Komandalar sanki nəticə ilə barışmışdılar. Həmin an siz necə düşünürdünüz?
    – Xeyr. Mən stadionda idim. Futbolçular məğlubiyyətlə barışmamışdılar. Sona kimi mübarizə apardılar. Bəlkə də televiziyada fərqli görünürdü. Amma barışmaq söhbəti yox idi.

    – Rəhman Hacıyev bəlkə də karyerasının ən vacib qolunu vurdu. 85-ci dəqiqədə meydana daxil oldu və 90+5-də fərqləndi...
    – Baş məşqçimiz Adrian Mutu onu düzgün vaxtda meydana buraxdı. Rəhman da lazım olan vaxtda qolu vurdu.

    – Mərhələni keçmək şansını necə dəyərləndirirsiniz? Artıq "Neftçi" doğma azarkeşləri önündə oynayacaq...
    – Məncə, biz mərhələni keçəcəyik. Bakıda "Jelezniçar"a meydan oxuyacağıq. 

    – Bundan sonra transfer davam edəcək?
    – Davam edəcək. Bizə hücumçular lazımdır. Bu istiqamətdə işlər görülür. Dayanmayacağıq. İdman şöbəsi bununla məşğuldur.

    – Hücumçu yox, hücumçular. Yəni Mateus Saldanyanın yerinə 2 hücumçu alınacaq...
    – Bəli, ola bilsin ki, 2 hücumçu alınsın.

    – Saldanya komandanı niyə tərk etdi?
    – Bildiyim qədərilə ona "Partizan" daha yüksək maaş təklif etmişdi. Saldanya bizdə icarədə idi. Onun gedişi ilə kifayət qədər pul vəsaiti qabağa düşdük. Çünki qışadək ona bir neçə ayın pulu verilmədi. Bunlar hamısı müqaviləsində göstərilmişdi. O da bu şərtləri pozdu.

    – Azarkeşlər yeni rəhbərlikdən Konfrans Liqasının qrup mərhələsini, ölkə çempionluğunu tələb edir. Ancaq növbəti mərhələyə çıxsanız, böyük ehtimalla, rəqib "Beşiktaş" olacaq. Sizcə, bu nə dərəcədə realdır?
    – Futbolda da basketboldakı kimi top yumrudur, ora da gedə bilər, bura da. Elə oyundur ki, indidən bilmək olmur. Kimsə zədələnə bilər. Təbii ki, biz də qrup mərhələsinə düşmək istəyirik. Bunu kim istəməz?

    – Basketboldan söz düşmüşkən, sabah Bakıda 18 yaşadək millimizin Avropa çempionatının C divizionunda mübarizəyə başlayacaq. Prosport.Az-a müsahibənizdə demişdiniz ki, federasiyadan rəsmən ayrılsanız da, bunu tam ayrılıq adlandırmaq olmaz. Sizi biz orada görə biləcəyik?
    – Bəli, orada olacağam. Məni "Sərhədçi"də görə bilərsiniz.

    Səbuhi Musa

    Müsahibə

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Müsahibə

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Müsahibə

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Karate

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Futbol

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Müsahibə

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18

    Ayxan Abbasov dalaşan futbolçuları millidən kənarlaşdırdı

    6.06.2026 12:53:21

    Millimiz Bakıda Yunanıstana qarşı

    6.06.2026 12:22:33

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57

    "Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim" - Ayxan Abbasov

    6.06.2026 09:00:17

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved