Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Təklif gələndə "Neftçi"dəki işimin çətin alınacağı düşünülürdü" – MÜSAHİBƏ
    26.07.2023 17:14:28

    "Neftçi"nin yeni prezidenti (baş icraçı direktoru) Fərrux Mahmudovun Prosport.Az saytına eksklüziv müsahibəsi

    – Maraqlıdır, "Neftçi"yə təyinatınızın olacağı barədə sizə məlumat nə vaxt gəldi və sirr deyilsə, deyərdiniz, bu təklif kim tərəfindən gəldi?
    – Bu təklif 3-4 həftə var ki, müzakirə olunurdu. Bir neçə məqama görə "Neftçi"dəki işimin çətinliklə alınacağı düşünülürdü. Çünki bildiyiniz kimi, Azərbaycan Basketbol Federasiyasında da çalışırdlm. Orda isə işlərin həcmi kifayət qədər böyükdür. "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvləri ilə bir neçə görüşdən sonra qərara gəldik ki, klubda bu vəzifəni qəbul edim.

    – Basketbol Federasiyasında da demək olar ki, eyni vəzifəni – icraçı direktor vəzifəsini daşıyırdınız. Bildiyim qədəri ilə ordan rəsmi şəkildə ayrılmamısınız. Hər halda federasiyanın bu barədə qərarı ilə rastlaşmamışıq. 2 yerdə fəaliyyətinizi davam etdirməyi düşünürsünüzmü, yoxsa 2 iş bir-birinə mane olduğundan, oradan ayrılacaqsınız?
    – Artıq dünəndən etibarən oradan rəsmi olaraq ayrılmışam. Amma bir neçə ay tranzisiya dövrü olacaq. Elə bu tranzisiya periodu "Neftçi" Müşahidə Şurasının üzvləri ilə müzakirə olunurdu. Çünki basketbolda çox kiçik bir zamanda qurduğumuz işi birdən-birə atmaq düzgün olmazdı. Və hamı buna müsbət baxıb bu qərara gəldi.

    – "Neftçi"də prezident vəzifəsi ən məsuliyyətli vəzifələrdən biridir. Siz "Neftçi"nin 7-ci prezidentisiniz. İlk görmək istədiyiniz iş nələr olacaq?
    – Bəli, böyük azarkeş kütləsinə malik olan flaqman klubunda belə vəzifə daşımaq çox böyük məsuliyyətdir. Bu adi bir klub deyil. Uşaqlıqdan gözümüzü açıb bu kluba azarkeşlik etmişik. Klubun uğurunda və uduzan vaxtlarında hər zaman yanında olmuşuq. Hal-hazırda klub xoşa gəlməz günlərindən birini yaşayır. Amma inanıram ki, bu müvəqqətidir. Gördüyünüz kimi, komanda yenilənir, fikirlər dəyişilir, idarəetmə fərqlənir. Bu uğura aparacaq bir yoldur. Bir az səbir edək, hər şey öz yoluna oturacaq və klub yenidən öz parlaq günlərini qaytaracaq

    – Hazırda "Jelezniçar"la UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin oyunu üçün Bosniya və Herseqovinanın paytaxtı Sarayevodasınız. Belə fikir formalaşıb ki, yeni "Neftçi" üçün cari mövsüm əsas hədəf Azərbaycan çempionluğu olduğundan, avrokuboklarda çıxış 2-ci məsələdir...
    – Hər 2 hədəf gündəmdədir. Öz azarkeşlərimizi sevindirmək bizim borcumuzdur. Klub rəhbəri olaraq burdan azarkeşlərimizə səslənmək istəyirəm. "Neftçi" üçün yeni dövr başlayıb, bu dövr bir neçə yenilik gətirəcək. Bu, vaxt aparan prosesdir, xahişim odur ki, bizimlə olun. Bizim ürək döyüntülərimiz sizin ürək döyüntüsü ilə bir ritmdə olmalıdır. Siz bizi, biz sizi hiss etməliyik. İdman idarəetmə komandası öz işini peşəkar şəkildə görür. Şahid olduğunuz kimi komandaya yeni baş məşqçi, məşqçilər heyəti, oyunçular cəlb olunur. İnsan resurslarının idarə edilməsi, ayrılmış maliyyənin düzgün və səmərəli istifadə edilməsi, azarkeş, ictimaiyyət, media ilə düzgün kommunikasiyanın qurulması barədə də yeniliklərin şahidi olacaqsınız.

    – Son sualım basketbolla bağlı olacaq. Federasiyada son işiniz hava limanında Avropa çempionatının C divizionunun qalibi olmuş 16 yaşadək qız millimizi qarşılamaq oldu. Bu uğur sizin də ayağınıza yazıla bilər. Demək olarmı ki, federasiyada qapını bərk çırpdınız?
    – (gülür) U-16 qız milli komandamızın Avropanın C divizionunun qalibi olması çox sevindirici haldır. Azərbaycan basketbol tarixində bu bir ilkdir. Qızlarımızla fəxr edirəm. Onları qarşılamamaq olardımı?! Öncə də söylədiyim kimi, basketbolda tranzisiya periodu yaşanacaq və siz məni hələ orada görə bilərsiniz.

    Səbuhi Musa

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved