Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyunlardan biri keçirilib.
Prosport.Az xəbər verir ki, son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gəlib. Bakı İdman Sarayında reallaşan matç "bayquşlar"ın 125:89 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, XI turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da təşkil olunacaqş

