Azərbaycan Basketbol Liqasında XIII turun daha biroyunu keçirilib.
Prosport.Az xəbər verir ki, B qrupunda autsayder “Sumqayıt” “Quba” üzərində 94:90 hesablı qələbə qazanıb. Baxmayaraq ki, I perioddan sonra "Quba" 10 xal fərqlə öndə olub.
Qalib komandada Keon Klerqot 32 xal toplayıb.
Qeyd edək ki, hər iki komandanın 17 xalı var. "Quba" fərdi göstəricilərə görə 3-cü, "Sumqayıt" 6-cıdır.

