Azərbaycan millisinin badmintonçusu Edi Reski Dviçahyo karyerasını Almaniyada davam etdirəcək.
Prosport.Az Wn.de nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı oyunçu "Union Lüdinqhauzen"ə keçib.
Əslən İndoneziyadan olan badmintonçu ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Edi Reski Dviçahyo 2017-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, 2021-ci ildə Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
