Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    UWW-dən Azərbaycanda çimərlik güləşinin inkişafına yüksək qiymət
    4.12.2025 17:05:14

    Dünya Güləş Birliyi (UWW) Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirib.

    Prosport.Az xəbər verir ki, bununla bağlı ali qurumun www.beachwrestling.org saytında geniş yazı qələmə alınıb.

    Bildirilib ki, 2019-cu ildə ilk dünya çempionluğunu qazanmasından 2025-ci ildə çoxsaylı qızıl medallarla nəticələnən uğurlu çıxışına qədər keçən 6 il Azərbaycanı sınaq məqsədli bir təşəbbüsdən dünyanın ən güclü və ən geniş qurulmuş çimərlik güləşi proqramlarından birinə sahib ölkəyə çevirib. Yazıda inkişafın təməli və tətbiq olunan yarış formatı da yüksək qiymətləndirilib:

    "Azərbaycan Güləş Federasiyası (AGF) 2019-cu ildə çimərlik güləşinə strukturlaşdırılmış yanaşma tətbiq edərək U-17 yaş qrupundan böyüklərə qədər uzanan inkişaf yolunun əsasını qoydu. Cəmi üç il ərzində Azərbaycanın U-17 və U-20 milli komandaları artıq dünya və Avropa titullarını qazanmağa başladı ki, bu da proqramın nə qədər sürətlə inkişaf etdiyini və yetkinləşdiyini göstərirdi. AGF beynəlxalq çimərlik güləşi formatını qəbul etdi. Qum üzərində hazırlığa start verildi və burada əsas diqqət tarazlıq, dözümlülük və çimərlik güləşinə xas olan partlayıcı hücum texnikalarına yönəldi. Bu sistemli yanaşma indiyədək altısı qızıl olmaqla 12 dünya çempionatı medalı qazandırıb. Onlardan biri 4 qat dünya çempionu İbrahim Yusubovdur".

    UWW daxili bazanın qurulması və qadınların idmana böyük dönüşünün təmin edilməsi yönündə işlərin görüldüyünü diqqətə çatdırıb: "2025-ci ilin iyulunda keçirilən və 150 iştirakçının yer aldığı çimərlik güləşi üzrə Azərbaycan çempionatında ilk dəfə qadınlar arasında da yarışlar keçirildi və bu, idmanın ölkə daxilində əhatəsini genişləndirən, qadın idmançılar üçün beynəlxalq arenaya çıxış yolu yaradan mühüm mərhələ oldu. Bu, federasiyanın daha geniş strategiyasını əks etdirirdi: yalnız kişilər arasında elit nəticələrə yönəlmək əvəzinə, bütün bölmələr üzrə davamlı və dayanıqlı idmançı axını yaratmaq".

    Ardınca 2019-2025-ci illər aralığında çimərlik güləşində Azərbaycan təmsilçilərinin beynəlxalq yarışlardakı nəticələrinə yer verilib: "Azərbaycanın beynəlxalq arenada yüksəlişi 2019-cu ildə başlandı. Həmin il Oyan Nəzəriani Dünya Seriyasının ilk mövsümündə +90 kq-da titul qazanaraq həm "Big Gun" ləqəbini aldı, həm də ölkəsinin çimərlik güləşində ilk dünya çempionu kimi tarixə düşdü. Bu uğur ardıcıl nailiyyətlərin əsasını qoydu. 2022-ci ildə İbrahim Yusubov Rumıniyanın Konstantsa şəhərində keçirilən Dünya Seriyasının finalında 90 kq-da titul qazanaraq Azərbaycanın böyüklər arasında ikinci dünya çempionluğunu əldə etdi. Onun çıxışını 70 kq-da mütəmadi olaraq kürsüyə yüksələn Ramiz Həsənov tamamladı. O, 2022-ci ildə ümumi hesabda gümüş medal qazandı. İki il sonra isə 80 kq-da eyni uğuru təkrarladı. Bu nəticələr Azərbaycanı beynəlxalq səhnədə ciddi rəqib kimi təsdiqlədi. 2024-cü ildə Yusubov artıq dominant fiqura çevrilmişdi. O, ardıcıl Dünya Seriyası titullarını qazanaraq taktiki peşəkarlığı və soyuqqanlılığı ilə seçildi. Onun uğurları növbəti nəsil güləşçilərə – Vüsal Əliyev və Sahib Dadaşova ilham verdi və onlar da böyüklər arasında medal mübarizəsinə qoşulmağa başladılar. 2025 mövsümü isə indiyə qədər ən uğurlu dövr oldu. Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının finalında İbrahim titulunu qoruyaraq ardıcıl 4-cü dünya çempionluğuna imza atdı. Vüsal isə böyüklər arasında debüt mövsümündə 80 kq-da qızıl medal qazandı. Bu, komandanın tarixdəki ən güclü nəticələrindən birinə çevrildi.

    Gənclər arasında da tarixi bir addım atıldı. Yunanıstanın Katerini şəhərində keçirilən U-17 dünya çempionatında Ülviyyə Musayeva (55 kq) qızıl medal qazanaraq, Azərbaycan tarixində çimərlik güləşində ilk qadın dünya çempionu oldu. Bu turnirin nəticələri 2026 Gənclər Olimpiya Oyunları üçün kvotaların müəyyənləşdirilməsində də nəzərə alınacaq".

    Son olaraq Azərbaycan Güləş Federasiyasının bu növdəki hədəflərindən söz açılıb. Oyan Nəzərianinin və İbrahim Yusubovun son qarşılanma mərasimi zamanı səsləndirdiyi fikirlərin də yer aldığı yazının son cümlələri belədir: "AGF-nin növbəti hədəfi yarışlarda kişilər arasında tam heyətlə çıxış etməkdir. Federasiya paralel olaraq, qadınlar və gənclər üzrə inkişaf proqramlarını genişləndirir və bu istiqamətə xüsusi milli layihələrlə dəstək verir. Yusubovun mentorluq roluna keçidi, Nəzərianinin vaxtilə özü çıxış etdiyi komandaya rəhbərlik etməsi və Musayevanın yeni nəslin ən parlaq istedadlarından biri kimi yüksəlişi fonunda Azərbaycanın çimərlik güləşi bazası bu gün heç vaxt olmadığı qədər güclüdür".

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved