Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib.
Prosport.Az xəbər verir ki, milli komandamız yarımfinalda Qazaxıstan kollektivinə 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi finalda Özbəkistan seçməsi ilə qarşılaşacaq.

