Azərbaycan üzgüçüləri Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci medalı qazanıblar.
Prosport.Az xəbər verir ki, yığma üzvləri qadınlar arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında 3-cü yeri tutublar.
Qeyd edək ki, ötən gün Süleyman İsmayılzadə 1500 m məsafəyə sərbəst üsulla üzmə yarışında bürünc medala sahib çıxmışdı.
