Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.
Prosport.Az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 7–21 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.
Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.
