Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    MDB Oyunlarına YEKUN BAXIŞ
    15.10.2025 16:28:07

    15 gün Bakıdan, öz yaşadığın yerdən kənarda olmaq az bir şey deyil. Az qala 5 gün kənarda olanda adamın bağrı çatlayır. Ancaq iş varsa, adam vaxtın da necə gəlib-getdiyini unudur. Bu ay başa çatmış III MDB Oyunlarından qayıtdıqdan sonra bərk xəstələndiyimdən və başımız futbol millisinə qarışdığından, yekun barədə indi bildirirəm.

    Apreldə Gimnaziadada olduğu kimi, mümkün qədər bütün idman növlərində və bütün şəhərlərdə olmağa çalışdım. Yəqin ki, bu baxımdan ən çox idman obyektlərinə gedən həmkarlardan biri oldum. Yalnız Şəki (gimnastika və çövkən yarışları) və Qəbələdə (futbol, stolüstü tennis, badminton, stend atıcılığı) olmadım.

    Gəncə İdman Sarayında voleybol, qılıncoynatma, güllə atıcılığı (üzgüçülük istisna), Gəncə Olimpiya İdman Kompleksində güləş, şəhər İcra Hakimiyyətinin qarşısında 3x3 basketbol, Mingəçevirdəki Kür Olimpiya Tədris İdman Mərkəzində taekvondo və karate (avarçəkmə yarışları istisna), yeni açılmış Yevlax Olimpiya İdman Kompleksində boks, Göygöl Olimpiya İdman Kompleksində cüdo və Xankəndi stadionunda kamandan oxatma yarışlarını yerindən izlədim. 15 gün ərzində saytımızda əvvəlki tək digər idman növləri üstünlük təşkil etməyə başladı, müsahibələr çıxdı, feysbuk profilimdə maraqlı məlumatları paylaşmağa çalışdım, belaruslu və rusiyalı jurnalistlərdən Şuşa təəssüratları barədə videomüsahibə halında fikirlərini öyrəndim.

    İndi isə nəticələrə gələk. Əvvəl I və II MDB Oyunlarında 4-cü yerdən yuxarı qalxa bilmədiyimizi qeyd etmişdim. Bu dəfə Rusiyanın qızıl medalları fonunda meydan sahibi Azərbaycanın 1-ci olmayacağı əvvəldən bilinirdi (bizdən 100 çox qızıl qazandılar). Ancaq Belarusla Azərbaycan arasında son günlərədək 2-ci olmaq üçün gərgin mübarizə getdi. Nəticədə biz 33, Belarus 32 qızıl medalla yarışı bitirdi. Ümumiyyətlə, yalnız xüsusi dəvət edilmiş ölkələr – Kuba, Küveyt və Oman medal qazana bilmədi.

    Azərbaycan üzrə fərdi idman növləri üzrə nəticələrə baxaq:

    Badminton – 7 medal (0-1-6)
    3x3 basketbol – 1 medal (0-1-0)
    Boks – 24 medal (6-5-13)
    Kanoe sprint – 4 medal (0-1-3)
    Çövkən – 1 medal (1-0-0)
    Qılıncoynatma – 9 medal (0-2-7)
    Futbol – 1 medal (0-1-0)
    Cüdo – 22 medal (6-7-9)
    Karate – 16 medal (6-3-7)
    Bədii gimnastika – 4 medal (0-1-3)
    Sambo – 8 medal (2-3-3)
    Güllə atıcılığı – 3 medal (0-2-1)
    Stend atıcılığı – 9 medal (0-5-4)
    Üzgüçülük – 13 medal (2-5-6)
    Stolüstü tennis – 9 medal (0-6-3)
    Taekvondo – 22 medal (4-2-16)
    Batut gimnastikası – 6 medal (1-2-3)
    Voleybol – 1 medal (0-0-1)
    Güləş – 20 medal (5-6-9)

    Yalnız kamandan oxatma və akademik avarçəkmə yarışlarında medal olmadı. Könül istərdi ki, Xankəndidə medal qazanaq. Ancaq eybi yoxdur, başa düşmək olar, kamandan oxatmada yeni idarəçilik var, bir az işləmələrinə şərait yaratmaq lazımdır. Akademik avarçəkmə isə o boyda Kürümüz, bazamız olsa da, sovet vaxtından bizdə alınmayıb. Əvəzində kanoe və kayak yarışlarında 4 medal əldə etdik. Üzgüçülükdə 2 qızıl medalın olması mənim üçün sürpriz oldu. Deyəsən, yeni rəhbərliyin futboldan sonra ictimaiyyətə açıqladığı yeni İnkişaf Strategiyası cücərtilərini göstərir. Nəzərə alaq ki, Rusiya və Belarus üzgüçülülərinin yarışdığı turnirdə 2 qızıl medal qazanmaq zəif nəticə deyil.

    Ən çox medal boksda oldu (24 medal). Ancaq əyarına görə ən yaxşı nəticəni cüdo verdi (6 qızıl, 7 gümüş, 9 bürünc). Boks və karate də cüdo kimi ölkəmizə 6 qızıl medal qazandırdı. Burda bir haşiyə çıxım. Bu 2 gün maraqla izlədiyim karate barədədir (çünki burada yaş limiti yox idi, İrina Zaretska, Asiman Qurbanlı kimi təcrübəli idmançılar yarışırdı). İdman karatesi (WKF) hansı multiidman yarışında təmsil olunubsa (Serbiyadakı Gimnaziadada idman karatesi deyildi), Azərbaycana çox medal qazandırıb. Bunu I Avropa Oyunlarından üzü bəri karatenin salındığı istənilən multiidman yarışındakı göstəricilər sübut edir. Artıq bu idmana qeyri-olimpiya idman növü kimi baxmaqdan əl çəkməliyik. Bəsdir daxildə olan konfliktlər. İndi hamı federasiya rəhbəri altında bir yumruq olmalı, hamı eyni nöqtəyə vurmalıdır. Daha Rafael Ağayev kimi legenda federasiya rəhbərliyi ilə üz-üzə gəlməmək üçün VİP lojadan kənarda, adi tamaşaçı tribunasında oturmamalıdır.

    Həmişə ağır artilleriyamız sayılan güləş barədə də. Olimpiadadan sonra bu yarışda da bu termini güləş artıq cüdoya təhvil verdi. 5 qızıl medal güləşimiz üçün az nəticədir. Düzdür, məndə olan məlumata görə, bəzi əsas güləşçilər zədə səbəbindən yarışmayıb. Həmçinin, cüdodakı kimi 1 çəkidə 2 güləşçi buraxmaq imkanları da olub, ondan istifadə etməyiblər. İstənilən halda, güləşin cüdo, həmçinin boks və karatedən sonra gəlməsi üzücüdür. Məncə, federasiya rəhbərliyi də bu nəticələri qeydə alaraq lazımi tədbirlər görəcək.

    Səbuhi Musa

    Formula-1

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Formula-1

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Multiidman yarışları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Multiidman yarışları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Digər idman növləri

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved