Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Rəqib komandalara xeyli xal payladılar" - Mahir Məmmədov
    15.10.2025 13:13:45

    "Avropa çempionatı kişi şahmatçılardan ibarət Azərbaycan komandası üçün sabit alındı. Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüflər olsun ki, 9-cu turda istədiyimiz nəticə alınmadı".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov kişilərdən ibarət yığmanın Gürcüstanın Batumi şəhərində komandalar arasında Avropa çempionatındakı nəticəsini şərh edərkən deyib.

    O bildirib ki, şahmatda son turun öz qəribəlikləri var: “Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişilər, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi”.

    M.Məmmədov digər kişi şahmatçıların çıxışına da toxunub: “Rauf Məmmədov Ukraynayla qarşılaşmada gözəl qələbə qazandı. Eyni zamanda, Aydın Süleymanlının gözəl qələbələri oldu. Məhəmməd Muradlı gözlədiyimiz kimi çıxış edərək komandaya kömək etməyə çalışdı. Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçdi. Üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığının təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə, qızıl medal daha yaxşı nəticədir. Azərbaycan komandası 3 dəfə Avropa çempionu olub və 4-cü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi”.

    AŞF rəhbəri Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bildirib: “Qadın şahmatçılardan ibarət Azərbaycan komandasına gəlincə, turnir onlar üçün enişli-yoxuşlu oldu. Rəqib komandalara xeyli xal payladılar. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçi heyəti Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Bildiyiniz kimi, Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə komandaya qayıdacağına ümid edirik.

    Ayan Allahverdiyeva üçün milli komandada ilk çempionat kimi yadda qaldı. Bir partiyada tamamilə udulmuş vəziyyətdə qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə, biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lideri kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı, öz lövhəsində birinci yerə çıxacaqdı.

    Ümumiyyətlə, komandada realizə olunmayan məqamlar kifayət qədər oldu. Azərbaycan komandası öz böyük potensialını göstərdi. Fikrimcə, optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı, çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun, bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik”.

    Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazanıb. Qadınlardan ibarət yığma isə 10-cu yeri tutub.

    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    "Ağ at"da jurnalistlər üçün media turniri keçirildi – FOTOLAR

    13.07.2026 12:51:07
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiada üçün heyəti - ADLAR

    10.07.2026 18:23:38
    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    9.07.2026 12:29:04
    Stolüstü oyunlar

    Azərbaycanın 2 şahmatçısı dünya çempionu oldu – FOTOLAR

    26.06.2026 21:23:42
    Stolüstü oyunlar

    Azərbaycanın 21 yaşlı şahmatçısı Maqnus Karlsenə qalib gəldi - FOTOLAR

    19.06.2026 16:17:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın rəqibi yeni mövsümə xal itkisi ilə başladı

    20.07.2026 22:18:19

    Montiel "Qarabağ"dan buna görə kənarlaşdırılıb - ŞOK SƏBƏB

    20.07.2026 21:49:55

    I Liqa klubu yeni qapıçı transfer etdi

    20.07.2026 21:20:07

    "Araz-Naxçıvan" böyükhesablı qələbə qazandı

    20.07.2026 20:59:39

    Sabiq baş məşqçi vəfat etdi

    20.07.2026 20:18:04

    “Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq” – Tahir Süleymanov

    20.07.2026 19:56:11

    "Şamaxı"dan heç-heçə

    20.07.2026 19:24:15

    "Özümüzü qələbəyə "ac" hiss edirik" - "KuPS"un qapıçısı

    20.07.2026 18:56:36

    "KuPS" güclü rəqibdir, 1 həftədir onları təhlil edirik" - Coy-Lens Mikels

    20.07.2026 18:23:27

    "İcazə verin, ilk növbədə sabahkı oyuna köklənək" - Valdas Dambrauskas

    20.07.2026 17:57:02

    "Sabahkı oyunun favoriti "Sabah"dır" - "KuPS"un baş məçqçisi

    20.07.2026 17:39:50

    "Sabahın Ulduzları" qayıdır - Sponsorla müqavilə imzalandı

    20.07.2026 17:12:15

    "AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var" - Edmond Klaus

    20.07.2026 16:58:10

    Konfrans Liqası: "Qarabağ", "Neftçi" və "Zirə" potensial rəqiblərini tanıdı

    20.07.2026 16:31:05

    "AFFA futbolçu yetişdirməlidir" fikri düzgün deyil" - Ayxan Abbasov

    20.07.2026 16:08:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved