Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun görüşləri keçirilib.
Prosport.Az xəbər verir ki, kişilərdən ibarət yığma Yunanıstanla heç-heçə edib.
Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Hesab;nda 7 xalı olan Azərbaycan millisi 5-7-ci yerləri bölüşür.
Qadınlardan ibarət yığma da bu turda Yunanıstanla qarşılaşıb. Görüş bərabərliklə yekunlaşıb - 2:2. Hazırda 6 xalı olan komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçıları ilə münasibətləri aydınlaşdıracaq.