III MDB Oyunlarının bağlanış mərasimində iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.
Prosport.Az-ın Gəncəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Turqut Hüseynov (karate) MDB təşkilatının bayrağını aşağı endirəcək.
Əli Nəzərov (yunan-Roma güləşi), Nihad Rəhimov (sambo), Humay Dadaşova (taekvondo), Könül Eyvazlı (cüdo), Gülər Hüseynova (boks), Maqaud Maqsudov (batut gimnastikası), Oqtay Hüseynov (üzgüçülük) və Tərlan Qurbanəliyev (çövkən) həmin bayrağı Gəncə stadionundan çıxaracaq.
Qeyd edək ki, bağlanış mərasimində xalq artisti Aygün Kazımova oxuyacaq.
Səbuhi Musa