Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Əcnəbi idman jurnalistləri Şuşa və Xankəndidə – FOTOLAR
    3.10.2025 09:58:19

    III MDB Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş 5 ölkənin (Özbəkistan, Türkmənistan, Belarus, Rusiya, Pakistan) KİV nümayəndələri yerli media ilə birgə Şuşa – Xankəndi marşrutu üzrə yaddaqalan mediaturun iştirakçıları olub.

    Prosport.Az xəbər verir ki, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada jurnalistlər onun zəngin tarixi-mədəni irsi və qədim şəhərin təkrarolunmaz ab-havası ilə tanış olub.

    Mediaturun marşrutu Şuşanın Mərkəzi Meydanından başlayıb. Meydana yaxın ərazidə yerləşən əfsanəvi “Xan qızı” bulağı XIX əsrdə görkəmli şair Xurşidbanu Natəvan tərəfindən çəkilib. Xalq arasında “Xan qızının bulağı” adı şairin xeyirxah əməlini ehtiramla yaşadır.

    Daha sonra jurnalistlər şəhərin ən tanınmış simvollarından biri olan Şuşa qalasının Gəncə qapılarını izləyə bilib. Qarabağ xanı Pənahəli xan tərəfindən 1750–1752-ci illərdə inşa edilən qala vaxtilə üç əsas girişə — Gəncə, İrəvan və Ağoğlan qapılarına malik idi. Bu tarixi məkan bu gün dünyanın hər yerindən gələn qonaqların ən çox şəkil çəkdirdiyi yerlərdəndir.

    Xüsusi diqqəti isə möhtəşəm memarlıq abidəsi — Gövhər ağa yuxarı məscidi cəlb edib. Bu abidə Şuşanın mədəni irsinin mühüm parçasıdır.

    Jurnalistlərdə unudulmaz təəssürat yaradan məkan isə Cıdır düzü olub. Daşaltı dərəsinin kənarında yerləşən bu məşhur məkan hər bir azərbaycanlı üçün rəmz, xarici qonaqlar üçün isə kəşf olub.

    Növbəti dayanacaq Şuşadan 4 km məsafədə, dəniz səviyyəsindən 1300 m hündürlükdə, sıx meşənin içində yerləşən “İsa bulağı” istirahət kompleksi olub. Azərbaycan təbiətinin incisi sayılan bu bulağın suyu soyuq, saf və şəfalıdır. Burada qonaqlar üçün nahar təşkil olunduqdan sonra mediatur Xankəndidə davam edib.

    Xankəndidə jurnalistlər Qarabağ Universitetini ziyarət ediblər və mühüm idman hadisəsinin şahidi olublar.

    Məhz Xankəndi şəhər stadionunda, tamamilə yenilənmiş arenada, III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları start götürüb. Bu, şəhərin azad olunmasından sonra qəbul etdiyi ilk beynəlxalq idman tədbiridir.

    MDB ölkələrinin ən yaxşı oxatanları burada toplaşaraq III MDB Oyunlarının medalları uğrunda mübarizə aparırlar. Turnir oktyabrın 5-dək davam edəcək.

    Digər idman növləri

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Digər idman növləri

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved