Azərbaycan üzgüçüləri III MDB Oyunlarında daha 2 medal qazanıb.
Prosport.Az xəbər verir ki, Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə finişə 1-ci çatıb.
Anastassiya Qnussina isə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 3-cü yeri tutub.
Bununla da Azərbaycan üzgüçüləri oyunları 13 medalla başa vurublar.