Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    III MDB Oyunlarındakı idman növləri harada keçirilir? – YARIŞA ÜMUMİ NƏZƏR
    29.09.2025 09:44:45

    Dünən Azərbaycanda keçirilən III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutdu.

    Prosport.Az Azərbaycanın 7 şəhərini əhatə edən bu yarışla bağlı vacib məlumatları təqdim edir.

    Bu turnirdə 20 idman növü üzrə yarış keçiriləcək. Həmin yarışların keçirilmə tarixləri və məkanları ilə tanış olaq:

    Stolüstü tennis – 26-29 sentyabrda keçiriləcək, 29 sentyabrda bütün qaliblər mükafatlandırılacaq (Qəbələ Olimpiya İdman Kompleksi)
    Futbol – 27 sentyabr – 4 oktyabrda keçiriləcək (Qəbələ şəhər stadionu)
    Çövkən – 28 sentyabr – 7 oktyabrda keçiriləcək, 6-7 oktyabrda qaliblər bilinəcək (Şəki şəhər stadionu)
    Üzgüçülük – 28 sentyabr – 2 oktyabrda keçiriləcək (Gəncə İdman Sarayı)
    Stend atıcılığı – 28 sentyabr – 1 oktyabrda keçiriləcək (Qəbələ Atıcılıq Klubu)
    Voleybol – 29 sentyabr – 6 oktyabrda keçiriləcək (Gəncə İdman Sarayı)
    Sambo – 29 sentyabrda keçiriləcək (Göygöl Olimpiya İdman Kompleksi)
    Boks – 29 sentyabr – 5 oktyabrda keçiriləcək, 2-5 oktyabrda qaliblər bilinəcək (Yevlax Olimpiya İdman Kompleksi)
    Taekvondo – 29-30 sentyabrda keçiriləcək (Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzi)
    Badminton – 30 sentyabr – 5 oktyabrda keçiriləcək, 2 və 5 oktyabrda qaliblər bilinəcək (Qəbələ Olimpiya İdman Kompleksi)
    Batut gimnastikası – 1-3 oktyabrda keçiriləcək, 2-3 oktyabrda qaliblər bilinəcək (Şəki Olimpiya İdman Kompleksi)
    Kamandan oxatma – 2-5 oktyabrda keçiriləcək, 5 oktyabrda qaliblər bilinəcək (Xankəndi şəhər stadionu)
    Qılıncoynatma – 2-7 oktyabrda keçiriləcək (Gəncə İdman Sarayı)
    Güləş – 3-4 oktyabr (sərbəst və qızlar) və 7 oktyabrda (yunan-Roma) keçiriləcək (Gəncə Olimpiya İdman Kompleksi)
    Karate – 3-4 oktyabrda keçiriləcək (Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzi)
    Cüdo – 4-5 oktyabrda keçiriləcək (Göygöl Olimpiya İdman Kompleksi)
    3x3 basketbol – 5-6 oktyabrda keçiriləcək (Gəncə basketbol meydançası)
    Avarçəkmə – 5-6 oktyabrda keçiriləcək (Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzi)
    Kaneo sprint – 5-6 oktyabrda keçiriləcək (Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzi)
    Bədii gimnastika – 6-8 oktyabrda keçiriləcək (Şəki Olimpiya İdman Kompleksi)

    Yarışda 13 ölkə iştirak edir. Meydan sahibi Azərbaycandan başqa, MDB-yə üzv ölkələr – Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də xüsusi dəvət edilmiş ölkələr – Kuba, Küveyt, Oman, Pakistan və Türkiyənin idmançıları yarışır.

    Hazırda Rusiya 13 medalla (9-2-2) turnir cədvəlinə başçılıq edir. Belarus 8 medalla (1-4-3) 2-cidir. Qazaxıstan 5 medalla (0-3-2) 3-cüdür. Azərbaycan medal sıralamasını tamamlayır. Komandamızın aktivində 4 rəsmi medal var. Bunlar üzgüçülükdən qazandığımız 1 gümüş və 3 bürünc medaldır.

    Bəs əvvəlki yarışlarda neçə medal qazanmışıq?

    9 ölkənin qatıldığı, 15 idman növünün olduğu I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində təşkil olunub. Həmin vaxt Azərbaycan təmsilçiləri 60 medal əldə edib. Onlardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürüncdür. Həmin yarışda 4-cü olmuşuq.

    22 ölkənin qatıldığı, 20 idman növünün olduğu II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minsk və bir neçə şəhərdə keçirilib. Ölkə idmançıları bu dəfə 62 mükafatla (10 qızıl, 17 gümüş, 35 bürünc) medal sıralamasında 4-cü yerdə qərarlaşıb.

    26 sentyabr – 8 oktyabr tarixlərində keçirilən III MDB Oyunlarında Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Pakistan və Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

    Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq. 

    Taekvondo

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Döyüş növləri

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Olimpiya Oyunları

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Güləş

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Multiidman yarışları

    "Olimpiadadakı təcrübəni daha böyük uğurlara çevirmək istəyirik" - Anar Bağırov

    23.02.2026 16:10:16
    Digər idman növləri

    Azərbaycan Qış Olimpiya Oyunlarında yenə medalsız qaldı

    18.02.2026 18:12:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şahruddinlə rəqabət üçün darıxmışdım" - Emil Balayev

    4.06.2026 21:27:23

    Millimizin heyəti müəyyənləşib

    4.06.2026 21:14:36

    "Elvin Cəfərquliyev özünə yeni klub tapmalıdır" - Ayxan Abbasov

    4.06.2026 21:05:44

    Vüqar Əsgərli "İmişli"yə keçidinə münasibət bildirdi

    4.06.2026 20:36:32

    "Qarabağ" və Xorvatiya klubu nədə anlaşıb?

    4.06.2026 20:17:57

    "Bütün futbolçularımızdan qol gözləyirik" – Siyasət Əsgərov

    4.06.2026 20:06:49

    "Ayın qolu" layihəsində qaliblər bəlli oldu

    4.06.2026 19:44:29

    Mourinyu Türkiyədən Avropa Məhəkəməsinə şikayət etdi

    4.06.2026 19:28:04

    Çempionu "Zirə"yə dəyişdi – 2 illik müqavilə

    4.06.2026 18:43:49

    Azərbaycanı Tallində bu qadın idmançılar təmsil edəcək – ADLAR

    4.06.2026 18:18:40

    Marko Yankoviç "Qarabağ"dan ayrılır? – Özü açıqladı

    4.06.2026 17:45:54

    Premyer Liqanı tərk edən komandada 2 ayrılıq

    4.06.2026 17:15:36

    Millimizin futbolçusu daha 2 il "Sabah"da

    4.06.2026 16:45:00

    "Qəbələ" kapitanın ayrılığını açıqladı - VİDEO

    4.06.2026 16:10:55

    "Şəfa" Avropa Futbol Klubları təşkilatına üzv qəbul edildi

    4.06.2026 15:39:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved