Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıb.
Prosport.Az xəbər verir ki, həlledici görüşdə rusiyalı Yevgeni Vasikov – Yevgeni Dosov cütü ilə qarşılaşan idmançılarımız 0:3 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.
Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə – Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova – Yağmur Məmmədli tandemi 3-cü yeri tutub.
Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında 2-ci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız – Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.

