Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Gəncədə III MDB Oyunlarının rəsmi açılışı baş tutdu – FOTOLAR
    28.09.2025 20:31:41

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yeni istifadəyə verilmiş Gəncə stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub.

    Prosport.Az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılıb, sonra isə himnimiz səsləndirilib. Ardından III MDB Oyunlarının iştirakçı ölkələrinin paradı baş tutub. Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyıb.

    Təntənəli tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək, qonaqlar, atletlər, məşqçilər və idmansevərləri salamlayıb. O, qeyd edib ki, 10 gün davam edəcək yarışlarda MDB ölkələrindən, həmçinin, Oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edir. “Bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz, xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək”, – deyə Komitənin sədri bildirib.

    Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov çıxış edib. O, MDB Baş katibi Sergey Lebedevin təşkilatçılara, iştirakçılara və qonaqlara müraciətini səsləndirib. N.Seytimov III MDB Oyunlarının Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacağı və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini əminliklə ifadə edib.
    Bunun ardından, III MDB Oyunlarının andiçmə mərasimi keçirilib. İdmançılar adından çövkən üzrə milli yığma komandanın kapitanı, dünya və Avropa çempionu Elçin Camallı, məşqçilər adından sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Əsgərxan Novruzov, hakimlər adından isə bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Ləman Cəbrayılova and içib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB oyunlarını rəsmi olaraq açıq elan edib. Bunun ardından III MDB oyunları üçün hazırlanan rəsmi mahnı sədaları altında MDB bayrağı qaldırılıb.

    Açılış mərasimi bədii hissə ilə davam edib. Tamaşaçılar Qarabağ atlarının möhtəşəm çıxışını izləyib. Bundan başqa, səmaya sülh rəmzi olan ağ göyərçinlər buraxılıb. Açılış mərasimi dronların şousu və möhtəşəm atəşfəşanlıqla bitib.

    Qeyd edək ki, III MDB Oyunların bağlanış mərasimi 8 oktyabr tarixində Gəncə stadionunda baş tutacaq.

     

    Formula-1

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Multiidman yarışları

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Multiidman yarışları

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Multiidman yarışları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Multiidman yarışları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Digər idman növləri

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved