Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Araz-Naxçıvan"ı hələ ki Avropada heç kim tanımır" – Azər Bağırov
    13.07.2023 12:35:11

    "Araz-Naxçıvan" yoxlama görüşündə "Turan Tovuz"a 1:5 hesabı ilə uduzub.

    Prosport.Az-ın Bakı Olimpiya Stadionunda olan əməkdaşının verdiyi xəbərə görə, "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Turan Tovuz"la yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb:

    – Hazırlığa bir neçə gündür başlamışıq. Zədəli oyunçularımız da var idi. Futbolçuların hərəkətliliyini istəyirdim. Oyunçulara tapşırıqlar vermişdim. 50-60 faiz öhdəsindən gəldilər. Nəzərə alaq ki, hələ uşaqlar formada deyillər. Mövsümün ilk 1-2 turunda çətinlik ola bilər. Ondan sonra hər şey öz axarına düşəcək. 

    – Komandanın hazırlığından razısınız?
    – Razı deyiləm. İstədiyim futbolçular hələ ki, əlimdə yoxdur. 1-2 gün istirahət edəcəyik. Ondan sonra Premyer Liqada görmək istədiyimiz legionerlər dəvətlərimizi qəbul etsələr, hər şey daha aydın olacaq.

    – Transferlərə gecikmirsiniz?
    – Gecikirik. Başqa variant da yoxdur. Çalışacağıq ki, işimizlə bunu sığortalayaq. 

    – Hansı mövqelərə transfer olacaq?
    – Cinah müdafiəçilərimiz var. Onlardan maksimum yararlanmaq istəyirik. Orta sahədə, hücumda legionerləri görmək istəyirik.

    – Transferlərin gecikməsi klubdakı qeyri-müəyyənliklə bağlı idi?
    – Ümumilikdə elədir. Artıq yeni rəhbərimiz var. Hədəflər fərqli olacaq. Onlarsız heç bir addım ata bilmirdik. Artıq hər şey həll olundu. Yeni rəhbərliyin tapşırığı ilə başqa formata keçəcəyik. Yaxın günlərdə hamı görəcək.

    – Ev oyunlarınızı harada keçirəcəyiniz dəqiqləşib?
    – Bu sual klub rəhbərliyinə verilsə, yaxşı olar. Bu gün bizə burada olmaq, komandanı formalaşdırmaq tapşırılıb. Yəqin ki, qısa zamanda stadion məsələsi dəqiqləşər. 

    – Naxçıvanda oynamaq hər halda komandaya daha yaxşı təsir edər...
    – Əlbəttə. Evdə oynamaq bizim üçün üstünlük olar. Naxçıvanda futbolu sevirlər. İnanıram ki, doğma divarlar arasında çox şey edə bilərik.

    – Naxçıvan şəhər stadionunda işlər görülür?
    – Artıq sabahdan (bu gün – red.) başlaya bilər. Yeni rəhbərlik tapşırıq verib ki, tez bir zamanda həll olunsun. 

    – Rəhbərliklə görüşmüsünüz?
    – Yox. Çünki oyuna hazırlaşırdıq. Yəqin ki, növbəti gün görüşəcəyik.

    – Ötən mövsüm komanda I Diviziona daha yaxşı hazırlaşırdı. Çempion olandan sonra yaranmış qeyri-müəyyənlik sizin üçün gözlənilməz oldu?
    – Təəccüblü olmadı. Bir məşqçi olaraq buna da hazır olmalıyıq. Gecə-gündüz çalışıb öz işimizlə bunu sığortalamağa çalışırıq. Gecə də evə getmirik, oyunçular axtarırıq. Bahalı futbolçular gəlmir. Çünki "Araz-Naxçıvan" "qara qutu"dur, Avropada heç kim tanımır.

    – "Qara qutu"ya futbolçu cəlb etmək çətin olmayacaq?
    – Çətin olacaq. Bunu bilirik. Maddi cəhətdən də oyunçuları cəlb etməyə çalışacağıq. Öncə daha layiqli futbolçular gətirməliyik. 2-3 tur çətinliyimiz olacaq. Milli fasilədən sonra toparlanacağıq.

    – Rəhbərlik uğursuz nəticələrə dözəcək?
    – Bunu zaman göstərəcək.

    – Ərzuruma təlim-məşq toplanışına gedəcəksiniz?
    – 4-5 legioner var, onları gözləyirik. Ayın 18-i gedəcəyik. Yerimiz də hazırdır. Hələ 1 həftəmiz var.

    – Yoxlama oyunu üçün rəqiblər bəllidir?
    – Bəli. 3 rəqiblə danışmışıq. Adlarını sonra açıqlayacağıq.

    – Məşqçilər korpusu tam formalaşıb?
    – Demək olar ki, bəli. Lazım olsa, əlavə mütəxəssis dəvət edəcəyik.

    – Əvvəlki rəhbərliyin vaxtında Çin istehsalı olan qırmızı avtobus komanda üçün alınmalı idi. O məsələnin axırı necə oldu?
    – Biz hazırda icaər əsasında ağ avtobusdan istifadə edirik.

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved